"Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsində

single-news
18 Avq 2020

"Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsində



Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Oyuna sürətli başlayan komandamız 11-ci dəqiqədə hesabı açıb. Filip Ozobiçin ötürməsini Xayme Romero dəqiq təmamlayıb. İlk hissənin sonlarına yaxın Donald Gerrye rəqib qapısından ikinci topu keçirib. Matçın 50-ci dəqiqəsində isə Gerrye özünün ikinci, komandamızın üçüncü qoluna imza atıb. Oyunun 80-ci dəqiqəsində isə Mahir Emreli hesabı 4:0 edib.

Komandamızın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi sabah baş tutacaq "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi olacaq.

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0 
Qol:
 Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 

Paylaş