"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsində
18.jpg)
31 İyl 2019
"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsində
"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb. Komandamız "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib.
Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçə edən "Qarabağ"ımız ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və 3-cü təsnifat mərhələsinə yüksəlib.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 3:0
Qollar: Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu