`Qarabağ`ımız daha 22 pillə
`Qarabağ`ımız daha 22 pillə
`Qarabağ`ımız irəliləməkdə davam edir. Yayda avrokuboklarda uğurlu çıxışını çempionatda da davam etdirən komandamız başarılarının nəticəsini görməkdədir. Belə ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinqini açıqlayıb. Dünyanın ən güclü 350 klubu arasında Azərbaycanın şərəfini yenə də `Qarabağ`ımız qoruyub. Arxada buraxdığımız ayda daha da irəliləyən komandamız 22 pillə yuxarı qalxıb. Belə də, komandamız 227-ci pilləyə yüksəlib. Aktivində 79,5 xal olan komandamız bu siyahıda İtaliyanın `Kalyari` və `Napoli`, Rusiyanın `Dinamo` (Moskva), Türkiyənin `Trabzonspor` və `Sivasspor`, Hollandiyanın `Feyenoord`, İngiltərənin `Blekbern`, İspaniyanın `Osasuna` kimi klublarını qabaqlayır.
Dünyanın ən güclülüləri siyahısına ötən ay olduğu kimi, `Barselona` başçılıq edir. İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutur.