`Qarabağ`ımız dönür
5 Fev 2011
`Qarabağ`ımız dönür
`Qarabağ`ımız artıq Bakıya dönür. Yanvarın 9-undan Antalyada təlim-məşq toplanışında olan `Qarabağ`ımız artıq bu gün paytaxtda olacaq. 28 günlük təlim-məşq toplanışını başa çatdıran komandamız Bakı vaxtıyla 12:30-da Antalyanı tərk edəcək. Qardaş ölkədən Antalya – İstanbul – Bakı reysiylə hərəkət edəcək komandamızın təyyarəsinin 7-də Bakıda olması planlaşdırılır.
`Qarabağ`ımızın legionerləri yaranmış fasilədən istifadə edərək vətənlərinə yollanacaq. Belə ki, komandamızın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət verib. Ansi Aqolli, Admir Teli və Andrey Rubins isə millisinin düşərgəsinə yola düşüb.
Komandamız Fevralın 8-indən etibarən məşqlərə start verəcək.