`Qarabağ`ımız dünya reytinqində 37 pillə irəlilədi

single-news
2 Apr 2012

`Qarabağ`ımız dünya reytinqində 37 pillə irəlilədi



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. son 1 ili əhatə edən cədvəldə planetin 402 komandası yer alıb. Azərbaycanın ən yaxşılar arasında yeganə təmsilçisi isə yenə `Qarabağ`dır.
Ümumiyyətlə, 5 aydır məğlub olmayan komandamızın yüksəlişi gözlənirdi. Komandamız  son 1 ayda möhtəşəm sıçrayışa nail olaraq, 37 pillə irəliləyib. Belə ki, cəmi 1 ay əvvəl 69,5 xalla 316-cı pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri hazırda 73,5 xalla 279-cu yerdədirlər. Təmsilçimizin son 1 ayda arxada qoyduğu klublar sırasında `Verder`, `Hoffenhaym` (hər ikisi Almaniya), `Karpatı` (Ukrayna), `Birmingem`, `Vest Bromviç` (hər ikisi İngiltərə), `Parma`, `Fiorentina` (hər ikisi İtaliya), `Loryan` (Fransa), `Vesterlo` (Belçika) kimi komandalar da var.

Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın `Barselona` klubu 382 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid `Real`ı 306 xalla 2-cidir. İlk `üçlüy`ü Argentinanın `Veles Sarsfild` klubu 287 xalla qapayır.

Paylaş

// pop up