`Qarabağ`ımız Farer adalarında bu gün məşqə çıxacaq

single-news
13 İyl 2011

`Qarabağ`ımız Farer adalarında bu gün məşqə çıxacaq



`Qarabağ`ımız artıq Farer adalarında. Dünən səhər saatlarında paytaxtı tərk edən komandamız Bakı – İstanbul – Kopenhagen  - Torşavn reysiylə hərəkət edərək uzun sürən yolçuluqdan sonra nəhayət Farer adalarına çatıb.
Bu günü komandamız tək məşqlə keçirəcək. Yerli vaxtla 12:00-da (Bakı vaxtıyla 16:00) komandamız oyunun keçiriləcəyi `Qundadalur` stadionunda məşqə çıxacaq. Amma bu komandamızın son məşqi olmayacaq. Belə ki, sabah oyunqabağı Farer vaxtıyla 11:30-da da komandamız məşqə çıxacaq.
Xatırladaq ki, `Streymur` - `Qarabağ` oyunu İyulun 14-ü 23:00-da (Bakı vaxtıyla) baş tutacaq.

Paylaş

// pop up