`Qarabağ`ımız fitneslə başlayıb bitirdi - fotolar

single-news
17 Yan 2012

`Qarabağ`ımız fitneslə başlayıb bitirdi - fotolar



`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Qardaş ölkədə olduğumuz 3-cü gündə komandamızın proqramında tək məşq vardı. Komandamız günə fitnes salonunda başladı. Yerli vaxtla səhər 10:00-da trenajor zalına gedən komandamız təxminən 1 saat fiziki təmrinlər yerinə yetirdi. Komandamızın fiziki məşqçisi Çudomir Çakarovun təlimatlarıyla öncə müəyyən isinmə hərəkətləri  edən futbolçular ardınca dayanıqlılıq çalışması yerinə yetirdilər. Sonda isə trenajor alətlərində müəyyən hərəkətlər yerinə yetirildi.
Komandamız meydançaya 11:00-da hərəkət etdi. Bu dəfə ki çalışma da fiziki hazırlığa yönəlmişdi. Yüngül qaçışın ardından 15 dəqiqə `kvadrat` oynayan futbolçular müəyyən maneələri aşmaqla  təmrinlər yerinə yetirdilər.
Bununla da günün tək çalışması başa çatdı. Komandamızın sabaha 2 çalışması nəzərdə tutulub.
`Qarabağ`ımızın fitnes çalışmasından görüntülər FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=401&lang=1

Paylaş

// pop up