`Qarabağ`ımız Gəncəyə yollandı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
19 Avq 2011
`Qarabağ`ımız Gəncəyə yollandı
`Qarabağ`ımız Gəncəyə yollandı. Bazar günü `Kəpəz`lə qarşılaşacaq komandamız bu gün 15:00-da Azərbaycanın 2-ci şəhərinə yollanıb. Səhər Suraxanı qəsəbə stadionunda məşq edən komandamız günorta yeməyindən sonra səfərə çıxıb.
`Qarabağ`ımız səfərə itkilərlə yollanıb. Zədəli olan Vüqar Nadirov, Zaur Həşimov, Maksim Medvedev və Rəşad Sadiqov Gəncəyə aparılmayıb. Həftəiçi zədədən əziyyət çəkən Emin İmaməliyev və Nderim Nedzipi isə komandanın düşərgəsindədir. Eləcə də son oyunu buraxan Əfran İsmayılov da komandayla birlikdədir.
`Qarabağ`ımız bu gün Gəncədə `Ramada` otelində məskunlaşacaq. Sabah saat 19:00-da komandamız oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq keçəcək. `Kəpəz` - `Qarabağ` oyunu Avqusutun 21-ı saat 17:00-da start götürəcək.