"Qarabağ"ımız günü iki məşqlə başa vurdu

single-news
14 Yan 2019

"Qarabağ"ımız günü iki məşqlə başa vurdu



Türkiyənin Antalya şəhərində mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qarabağ"ımız 1 günlük istirahətin ardından məşqləri bərpa edib. Komandamız günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi yerli vaxtla 11:00-da başlayıb. Futbolçularımız isinmə hərəkətlərinin ardından "kvadrat" oynayıb və fiziki çalışamalara üstünlük verib.

Günün ikinci məşqi yerli vaxtla 17:30-da başlayıb və təxminən 90 dəqiqə davam. Güclü yağış altında davam edən məşqdə futbolçularımız toplu hərəkətləri yerinə yetirib və məşqə ikitərəfli oyunla yekun vurub.

Paylaş