"Qarabağ"ımız günü iki məşqlə başa vurdu

single-news
25 İyn 2019

"Qarabağ"ımız günü iki məşqlə başa vurdu



Avstriyada təlim-məşq toplanışını davam etdirən komandamız 1 günlük istirahətdən sonra məşqlərini bərap edib. "Qarabağ"ımız günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Bu məşqdə futbolçularımız fiziki təmrinləri yerinə yetirib. Hazırlıq topu çalışmalarla başa çatıb.

Günün ikinci çalışmasına komandamız "kvadrat"la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçularımız ikitərəfli oyunla məşqi başa vurub. 

Qeyd edək ki, yeni transferimiz Xayme Romero bu gün komandayla məşqlərə qoşulub.

Paylaş