"Qarabağ"ımız günü tək məşqlə başa vurdu
1 Fev 2018
"Qarabağ"ımız günü tək məşqlə başa vurdu
"Qarabağ"ımız Antalyada hazırlıqlarını davam etdirir. Komandamız fevralın ilk gününü tək məşqlə başa vurub. Yerli vaxtla saat 10:30-da başlayan məşq 90 dəqiqə davam edib. Milli komandamızın heyətində futbolçular da komandamızın düşərgəsinə qoşularaq məşqdə iştirak edib. Günün tək çalışmasında fiziki və toplu hazırlıqlara yer ayrılıb.
