"Qarabağ"ımız günü tək məşqlə tamamladı

single-news
19 Yan 2019

"Qarabağ"ımız günü tək məşqlə tamamladı



"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız günü tək məşqlə başa vurub. Axşam saatlarında baş tutan çalışmada futbolçularımız isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Daha sonra qapıya zərbələri yerinə yetirən komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

Zədəli futbolçularımız Reynaldo Silva və Hacıağa Hacılı fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

 

Paylaş