"Qarabağ"ımız hazırlıqlarını davam etdirir
31 Yan 2019
"Qarabağ"ımız hazırlıqlarını davam etdirir
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacağı "Neftçi"ylə matçın hazırlıqlarını davam etdirir. Komandamızın bugünkü məşqi saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Zədəli futbolçularımız Miçel və Reynaldo Silva məşqdə iştirak etməyib. Məşqin ilk 30 dəqiqəsi mətbuat üçün açıq olub.
