`Qarabağ`ımız İbrahim Sehiçlə rəsmi müqavilə imzaladı

`Qarabağ`ımız İbrahim Sehiçlə rəsmi müqavilə imzaladı
`Qarabağ`ımız sıralarını yeni futbolçuyla gücləndirib. Komandamız Bosniya və Hersoqavinalı qolkiper İbrahim Sehiçlə müqavilə imzalayıb. 25 yaşlı qolkiperin son klubu `Mersin İdman Yurdu` olub. Ötən mövsümün sonunda türk klubundan ayrılan bosniyalı azad transfer kimi klubumuzla müqavilə bağlayıb. Bosniya millisinin də şərəfini qorumağa macal tapmış İbrahim artıq rəsmi müqaviləyə imza atıb və komandamızla məşqlərə çıxıb.
İbrahim Sehiçlə 2 illik müqavilə imzalaınb. İbrahim saytımıza ilkin təəssüratlarını paylaşıb:Ötən mövsüm `Mersi İdman Yurdu` superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə `Qarabağ` etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, `Qarabağ`a faydalı ola biləcəm. Ən böyük hədəfim isə `Qarabağ`da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir.`