`Qarabağ`ımız II təlim-məşq toplanışına

single-news
17 İyl 2012

`Qarabağ`ımız II təlim-məşq toplanışına



`Qarabağ`ımız yenidən Türkiyəyə. Təlim-məşq toplanışının II mərhələsi üçün komandamız  yenidən qardaş ölkəyə yollanır. İyulun 14-də Qızılcahamamda ilk mərhələni başa vuraraq geri qayıdan komandamız 3 günlük aradan sonra bu dəfə fərqli məkana gedir. Bakı – İstanbul reysiylə hərəkət edəcək komandamız sonuncu şəhərdən avtobusla Boluya hərəkət edəcək. Daha doğrusu komandamız Bolunun Gerede adlı qəsəbəsindəki `Essentepe` otelinə yollanacaq. İyulun 30-na kimi adı çəkilən məkanda məskunlaşacaq komandamız 13 günlük müddətdə  5 yoxlama oyunu keçirməyi planlaşdırır.
Komandamız İyulun 30-da Ankara – Bakı reysiylə geri dönəcək. 

Paylaş

// pop up