"Qarabağ"ımız ilk yoxlama oyununu keçirdi

single-news
18 Yan 2020

"Qarabağ"ımız ilk yoxlama oyununu keçirdi



"Qarabağ"ımız bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. Komandamız Rumıniyanın "Akademika Klençeni" klubuyla qarşılaşıb. Oyuna sürətli başlayan komandamız matçın 10-cu dəqiqəsində hesabı açıb. Abdullah Zubir oyunda ilk qolun müəllifi olub. Bu qoldan 12 dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. İlk hissə bu hesabla da başa çatıb. Oyunun əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış rəqib hesabda önə keçib 1:2. Bu qoldan 4 dəqiqə sonra komandamızın heyətində Cavid Bayramov hesabı bərabərləşdirib. 2:2.

Qarşılaşma bu hesabla da başa çatıb.

 

18 yanvar

18:00. "Qarabağ" - "Akademiya Klinçeni" - 2:2

 

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, (13. Vaqner, 46), 2. Qara Qarayev, (66. Cavid Bayramov, 62), 3. Ailton Silva, (30. Abbas Hüseynov, 62), 5. Maksim Medvedev, (45. Rauf Hüseynli, 46),  8. Miçel, (19. Filip Ozobiç, 46), 9. Xayme Romero, (7. Araz Abdullayev, 62), 11. Mahir Emreli, (99. Maqaye Qeye, 62), 14. Rəşad Sadıqov (k), (4. Rahil Məmmədov, 46), 17. Abdullah Zubir, (29. Musa Qurbanlı, 62), 18. İsmayıl İbrahimli,(21. Hacıağa Hacılı, 62), 55. Bədavi Hüseynov (24. Nihad Tamazov, 62), 

Paylaş