`Qarabağ`ımız `İnter`lə oyuna hazırdır
3 Dek 2010
`Qarabağ`ımız `İnter`lə oyuna hazırdır
`Qarabağ`ımız artıq `İnter`lə oyuna hazırdır. Premyerliqanın 16-cı turunda ötən mövsümün çempionunu qəbul edəcək komandamız artıq hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb. 2 gündür `kamp`a yığışan komandamızda zədəlilər də geri dönüb. Komandamızda Samir Abasov və Ayxan Abbasovdan başqa hamı oynamağa hazırdır. Üstəlik, bu il meydana çıxmayacaq Əfran İsmayılov da komandayla birlikdə `kamp`dadır. Uzun müddətdir yaşıl meydanlardan kənar düşən Maksim Medvedev və Andrey Rubinsin komandamızın çalışdırıcısı Qurban Qurbanovun şans verəcəyi təqdirdə oynaması üçün heç bir problem yoxdur.
Xatırladaq ki, `Qarabağ` - `İnter` oyunu dekabrın 4-ündə Suraxanı, Tofiq İsmayılov adına qəsəbə stadionunda saat 14:00-da baş tutacaq. Bu komandamızın Avqustun 22-sindən sonra adı çəkilən məkanda ilk oyunu olacaq. MOİK-lə çempionatın 2-ci turunun oyununda komandamız Suraxanıda qonaq qismində çıxış etmişdi. Komandamızın sonuncu dəfə ötən mövsümün ilk mərhələsində `Muğan`ı 2:1 məğlub etdiyimiz oyunda T. İsmayılov adına stadiondan ev sahibi kimi istifadə etmişdi.