"Qarabağ"ımız İrlandiyada məşqə çıxdı

23 İyl 2019
"Qarabağ"ımız İrlandiyada məşqə çıxdı
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ımız İrlandiyanın "Dundalk" klubuyla qarşılaşacaq. Komandamız bu gün yerli vaxtla saat 18:45-də (Bakı vaxtıyla 21:45) oyunöncəsi son məşqinə çıxıb. Qarşılaşmanın keçiriləcəyi "Oriel Park" stadionunda baş tutan hazırlıq təsminən 1 saat davam edib və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.