"Qarabağ"ımız İsrailə yollandı

single-news
21 Okt 2020

"Qarabağ"ımız İsrailə yollandı



Sabah Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"ımız səfərdə "Makkabi"nin qonağı olacaq. 

Komandamız bu gün Bakı vaxtı ilə 11:00-da Tel-Əviv şəhərinə yollanıb. Komandamız 3 saatlıq uçuşdan sonra qalacağı otelə yollanıb.

"Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 20:45-də media mənsublarının suallarını cavablandırıb. Komandamız isə Bakı vaxtı ilə saat 21:00-da matçın keçiriləcəyi "Blumfild" stadionunda son məşqinə çıxacaq. 


Qeyd edək ki, "Makkabi" - "Qarabağ" matçı sabah, saat 23:00-da start götürəcək.

 

Paylaş