"Qarabağ"ımız "Jetisu"nu məğlub etdi

single-news
22 Yan 2020

"Qarabağ"ımız "Jetisu"nu məğlub etdi



Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız bu gün ikinci yoxlama oyununu keçirib. Komandamız Qazaxıstanın "Jetisu" klubuyla qarşılaşıb. Matçın 5-ci dəqiqəsində komandamız Mahir Emreli ilə hesabı açıb. İlk hissədə komandamız bir neçə dəfə fərqi artırmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib və fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. İkinci hissədə də oyuna nəzarəti alan komandamız qol epizodları yaratsa da, fərqlənə bilməyib və qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

18:00 "Qarabağ" - "Jetısu" - 1:0 
Qol: Mahir Emreli, 5.

"Qarabağ": 13. Vaqner da Silva (12. Şahruddin Məhəmmədəliyev, 46), 2. Qara Qarayev (19. Filip Ozobiç, 46), 3. Ailton Silva (23. Faysal Rherras,71),  4. Rahil Məmmədov, (24. Nihad Tamazov, 71),  5. Maksim Medvedev (30. Abbas Hüseynov, 71),  8. Miçel, (18. İsmayıl İbrahimli, 71),  9. Xayme Romero (7. Araz Abdullayev, 61), 11. Mahir Emreli (99. Maqaye Qeye, 46), 14. Rəşad Sadıqov (55. Bədavi Hüseynov, 46), 17. Abdullah Zubir, (71. Toral Bayramov, 71), 18. İsmayıl İbrahimli (21. Hacıağa Hacılı, 46)

Paylaş