`Qarabağ`ımız `Kəpəz` üçün..

single-news
17 Avq 2011

`Qarabağ`ımız `Kəpəz` üçün..



`Qarabağ`ımız `Kəpəz`lə oyunun hazırlıqlarına başlayır. Bazar günü premyerliqanın 2-ci turunda ilk oyununa çıxan komandamız bazar ertəsi bədən rahatlaşdırıcı terapiya ilə kifayətlənmişdisə dünən komandamızda `bankir`lərə mücadilədə meydanda az olanlar 90 dəqiqə məşq edib. Bu gündən etibarən isə bütün futbolçuların iştirakıyla gəncəlilərlə oyuna hazırlaşacaq. Türkiyədə müalicəsi davam edən Vüqar Nadirovla yanaşı `İnter`lə oyunda sıradan çıxan Zaur Həşimovun `Kəpəz`lə oyunu buraxacağı məlumdu. Nderim Nedzipiylə Emin İmaməliyev  dizində bir qədər ağrı hiss etsə də makedoniyalı bu gün komandayla məşqə çıxacaq. Eminin isə sağalması üçün 2 günə ehtiyacı var. Digər zədəlilərimiz Rəşad Sadiqov, Maksim Medvedev və Əfran İsmayılov isə məşqlərə başlayacaq. Son adı çəkilənlərin taleyinə məşqlərdə aydınlıq gələcək.
Komandamızın tək məşqi 18:00-a nəzərdə tutulub. Çalışmamız Suraxanı qəsəbə stadionunda baş tutacaq. 

Paylaş

// pop up