"Qarabağ"ımız - "Keşlə" 1:0

single-news
16 Dek 2019

"Qarabağ"ımız - "Keşlə" 1:0



Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. "Qarabağ"ımız bu mərhələdə Tofiq Bəhramov adına Respublika stadionunda "Keşlə"ni qəbul edib. İlk hissədə komandamız oyuna nəzarət etsə də, hesab açılmayıb. İkinci hissəyə sürətli başlayan komandamız matçın 53-cü dəqiqəsində hesabı açıb. İsmayıl İbrahimli uzaq küncü dəqiq nişan alaraq topu qapıya göndərib. Qalan dəqiqələrdə komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması dekabrın 20-si keçiriləcək.

 

20:00. “Qarabağ” – “Keşlə” - 1:0 
Qol
: İsmayıl İbrahimli, 53
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş