"Qarabağ"ımız - "Keşlə" 6:1

"Qarabağ"ımız - "Keşlə" 6:1
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız "Azərsun Arena"da "Keşlə"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız 4-cü dəqiqədə Fİlip Ozobiçlə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra komandamız hesabı 2:0 edib. Künc zərbəsindən sonra Bədavi Hüseynov ikinci qolu rəqib qapısından keçirib. Oyunun 25-ci dəqiqəsində rəqib cərimə meydançasına ötürmədən sonra fərqlənərək hesab arasındakı fərqi minimuma endirib. 38-ci dəqiqədə Patrik Andradenin ötürməsindən sonra Ovusu Kvabena topu rəqib qapısından keçirib və ilk hissə komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İkinci hissəyə də komandamız oyuna nəzarət etməklə başlayıb. 60-cı dəqiqədə Ozobiç möhtəşəm zərbə ilə özünün ikinci, komandamızın dördüncü qolunu vurub. Oyuna 61-ci dəqiqədə qoşulan Mahir Emreli isə 5 dəqiqə sonra fərqlənərək hesabı 5:1 edib. Matçın əsas vaxtının sonuna 1 dəqiqə qalmış Mahir Emreli dublunu rəsmiləşdirərək komandamızın altıncı qolunu vurur. Qarşılaşma komandamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
1 noyabr
16:00. "Qarabağ" - "Keşlə" - 6:1
Qollar: Filip Ozobiç, 4 (1:0), Bədavi Hüseynov, 12 (2:0), Vüsal İsgəndərli, 26 (2:1), Kvabena Ovusu, 38 (3:1), Filip Ozobiç, 60 (4:1), Mahir Emreli, 65 (5:1), 89 (6:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
"Azersun Arena"