"Qarabağ"ımız "Keşlə" səfərində

3 Mar 2019
"Qarabağ"ımız "Keşlə" səfərində
Bu gün Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulacaq. Turun son matçında "Qarabağ"ımız səfərdə "Keşlə"nin qonağı olacaq. "ASK Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
Qeyd edək ki, 18 turdan sonra "Qarabağ"ımız 38 xalla turnir cədvəlinin ikinci, "Keşlə" isə 16 xalla yeddinci pillədə qərarlaşıb.
17:30. “Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
"ASK Arena"