"Qarabağ"ımız "Keşlə"ni məğlub etdi

single-news
3 Dek 2018

"Qarabağ"ımız "Keşlə"ni məğlub etdi



Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Keşlə"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız matçın 5-ci dəqiqəsində Mahir Mədətovun möhtəşəm zərbəsiylə hesabı açıb. 21-ci dəqiqədə isə rəqib hesabı bərabərləşdirə bilib və ilk hissə bu hesabla başa çatıb. İkinci hissəyə sürətli başlayan komandamız 50, 53 və 55-ci dəqiqələrdə 3 qol vurub. İlk olaraq Ozobiç qarşısıalınmaz zərbəylə hesabı 2:1 edib. Daha sonra Mədətov qapıçıyla təkbətək qalıb və topu qapıçının başı üzərindən tora qovuşdurub. Komandamızın dördüncü qolunu isə Abdullah Zubir vurub. Matçın 78-ci dəqiqəsində isə Mədətov daha bir möhtəşəm qolla het-trikini rəsmiləşdirib və hesabı 5:1 edib. Matç bu hesabla da başa çatıb.

 

19:00. “Qarabağ” – “Keşlə” - 5:1
Qollar: 
Mahir  Mədətov, 6 (1:0), Slavik Alxasov, 21 (1:1), Filip Ozobiç, 50 (2:1), Mahir Mədətov, 53 (3:1), Abdullah Zubir, 55 (4:1), Mahir Mədətov, 78 (5:1) 
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş