"Qarabağ"ımız "Keşlə"ylə heç-heçə etdi İCMAL

1 Apr 2018
"Qarabağ"ımız "Keşlə"ylə heç-heçə etdi İCMAL
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçirilib. "Qarabağ"ımız "Azərsun Arena"da "Keşlə"ni qəbul edib. Matçın 34-cü dəqiqəsində rəqib hesabı açıb və ilk hissə rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissəyə sürətli başlayan komandamız 54-cü dəqiqədə Riçard Almeydayla hesabı bərabərləşdirib. Bundan sonra komandamız bir neçə dəfə qol epizodu yaratsa da, bunlardan istifadə edə bilməyib. Matç 1:1 hesabıyla başa çatıb.