"Qarabağ"ımız Kiprdə son məşqinə çıxacaq

15 Sen 2020
"Qarabağ"ımız Kiprdə son məşqinə çıxacaq
Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları çərçivəsində Cənubi Kiprdə baş tutacaq "Qarabağ" - "Molde" (Norveç) qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
Sentyabrın 15-i, Bakı vaxtıyla 20:15-də matçın baş tutacağı "AEK Arena"da baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:30-da komandamız oyunöncəsi son məşqə çıxacaq.
Rəqib komandanın baş məşqçisi isə Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-sı Bakı vaxtıyla 21:00-da start götürəcək.