"Qarabağ"ımız Kiprdən qələbəylə qayıdır

single-news
6 Avq 2019

"Qarabağ"ımız Kiprdən qələbəylə qayıdır



"Qarabağ"ımız bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə APOEL-in qonağı olub. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb, ikinci hissəyə sürətli başlayan komandamız matçın 54-cü dəqiqəsində hesabı açıb. Xayme Romeronun ötürməsini Mahir Emreli dəqiq tamamlayıb. Bu qoldan 15 dəqiqə sonra isə yeni transferimiz Maqaye Qeye oyuna daxil olduqdan sonra hesabı 2:0 edib. Oyuna əlavə olunmuş 5 dəqiqənin sonuncusunda rəqib hesabı 1:2 edib.

Qeyd edək ki, tərəflər arasında cavab matçı 1 həftə sonra avqustun 13-ü, saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Paylaş