"Qarabağ"ımız - "Kuban" 2:2

"Qarabağ"ımız - "Kuban" 2:2
Bu gün “Qarabağ”ımız Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamızın Rusiyanın “Kuban” klubuyla qarşılaşıb. İlk hissədə komandamız bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Matçın 50-ci dəqiqəsində Əfran İsmayılov təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 3 dəqiqə sonra rəqib də penalti zərbəsindən yararlanaraq hesabı bərabərləşdirib. Matçın 60-cı dəqiqəsində rəqib cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabda irəliçıxıb. 68-ci dəqiqədə gənc futbolçumuz Zaur Fərzəliyev dəqiq zərbəylə hesabı bərabərləşdirib. Matç bu hesabla da başa çatıb.2:2
“Qarabağ” (Azərbaycan) – “Kuban” (Rusiya) 2:2
Qollar: Əfran İsmayılov, 50, Zaur Fərzəliyev, 68