`Qarabağ`ımız Lənkərana yollandı
1 Apr 2010
`Qarabağ`ımız Lənkərana yollandı
`Qarabağ`ımız artıq Lənkərana yola düşüb. Bu gün səhər Bakıda sonuncu məşqini edən komandamız premyerliqanın final mərhələsinin 4-cü turunda qarşılaşacağı `Xəzər-Lənkəran` matçı üçün cənub bölgəsinə yollanıb. Lənkəranda `Qala` otelində məskunlaşacaq komandamız sabah oyunun keçiriləcəyi saatda mərkəzi arenada 1 saatlıq məşq keçəcək. Cari mövsümdə Lənkəranda 3-cü, ümumilikdə isə 5-ci olacaq qarşılaşma saat 18:00-da keçiriləcək.
Lənkərana tam heyətlə yollanan komandamız belə də eyni arenada 17 gün sonra növbəti matça çıxacaq. Xatırladaq ki, tərəflər ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində Martın 17-sində Lənkəranda üz-üzə gəlmişdilər.