`Qarabağ`ımız Lənkərana yollanır
15 Mar 2010
`Qarabağ`ımız Lənkərana yollanır
`Qarabağ`ımız artıq `Xəzər-Lənkəran`la görüşə hazırdır. Ölkə kubokunun ¼ finalında cənub klubuyla qarşılaşacaq komandamız bu gün sonuncu məşqini Suraxanı qəsəbə stadionunda edib. Saat 15:00-da isə Qurban Qurbanovun yetirmələri Lənkərana yollanacaq.
İlk oyunda 2:1 qələbə qazandığımız rəqiblə mücadilə öncəsi komandada cəza və zədə probleminin olmaması üzləri güldürür. Düzdü, zədəli var. Əfran İsmayılov hələ millinin düşərgəsində olarkən aldığı zədəni sağaltmayıb. Gənc forvardın oynamayacağı əvvəlcədən bəlli idi.
Nəzərinizə çatdıraq ki, `Xəzər-Lənkəran`la Martın 17-ində saat 18:00-da keçiriləcək.