"Qarabağ"ımız "Linfild"ə məğlub oldu
19.jpg)
"Qarabağ"ımız "Linfild"ə məğlub oldu
Avropa Liqasının pley-off mərhələsinin ilk matçları keçirilib. "Qarabağ"ımız səfərdə Şimali İrlandiyanın "Linfild" klubunun qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 15-ci dəqiqəsində hesabı açıb. Komandamızın heyətində Faysal fərqlənib. İlk hissənin sonlarında rəqib iki top vuraraq hsabda önə keçib. Matçın 75-ci dəqiqəsində isə rəqib hesabı 3:1 edib. Matçın əsas vaxına əlavə olunmuş ikinci dəqiqədə hücumçumuz Maqaye Qeye penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 3:2 edib və matç bu hesabla da başa çatıb.
22 avqust
Pley-offun llk oyunları
22:45."Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Faysal Rerras, 15 (0:1), Stafford, 40 (1:1), Leyveri, 45+1 (2:1), 74 (3:1), Maqaye Qeye, 90+2, (3:2)
Baş hakim: Sandro Şerer (İsveçrə)
"Vindsor Park". Belfast