"Qarabağ"ımız - "Ludoqorets" 1:1

23 İyn 2018
"Qarabağ"ımız - "Ludoqorets" 1:1
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız bu gün ilk yoxlama oyununu keçirib. Komandamız Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşıb. Oyunun 36-cı dəqiqəsində rəqib hesabı açıb. İkinci hissənin əvvəllərində komandamız Dani Kintanayla hesabı bərabərləşdirib 1:1. Qarşılaşma bu hesabla da başa çatıb.
Qarşılaşmanın 68-ci dəqiqəsində isə qolkiperimiz Şahruddin Məhəmmədəliyev rəqibin penalti zərbəsini dəf edib.
"Qarabağ" - "Ludoqorets" 1:1
QOL: Dani Kintana, 52 - Yakub Şverçok, 36
"Qarabağ"ımız: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev