"Qarabağ"ımız məşqləri bərpa etdi FOTOLAR

1 İyn 2020
"Qarabağ"ımız məşqləri bərpa etdi FOTOLAR
Nazirlər Kabineti Operati Qərargahın məlum qərarına əsasən "Qarabağ"ımız bu gündən etibarən məşqləri bərpa edib.
Klubumuzun bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçularımız isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.
Qeyd edək ki, Operativ Qərargahın bütün tövsiyyələrinə əməl edilmiş, futbolçularımız və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilmişdir.