"Qarabağ"ımız məşqləri bərpa etdi

single-news
19 Mar 2018

"Qarabağ"ımız məşqləri bərpa etdi



Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan komandamız bu gün klubumuzun bazasında bir araya gəlib. Futbolçularımız saat 11:00-da məşqə çıxaraq aprelin 1-i baş tutacaq "Keşlə"ylə oyunun hazırlığına start verib. Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib. Qeyd edək ki, əvəzedici heyətimizin bir neçə üzvü də komandamızla məşqə çıxıb.

Məşqdən fotoları bu linkdən izləyə bilərsiniz:

http://qarabagh.com/?name=photoview&phid=566&lang=1

Paylaş

// pop up