"Qarabağ"ımız - "Mladost" 1:1 İCMAL

3 Fev 2018
"Qarabağ"ımız - "Mladost" 1:1 İCMAL
"Qarabağ"ımız bu gün Antalyada sonuncu yoxlama oyununu keçirib. Komandamız Monteneqronun "Mladost" klubuyla qarşlaşıb. Oyuna sürətli başlayan rəqib 3-cü dəqiqədə hesabı açıb. Bundan sonra nəzarəti əlinə keçirən komandamız 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Pedro Enrikenin yaddaqalan reydini Mahir Mədətov dəqiq tamamlayıb. Matçın qalan dəqiqələrində komandamız hesabı dəyişmək üçün qol epizodları yaratsa da, bunlardan istifadə edə bilməyib. Matç 1:1 hesabıyla da başa çatıb.