"Qarabağ"ımız "Molde"yə penaltilər seriyasında məğlub oldu

single-news
16 Sen 2020

"Qarabağ"ımız "Molde"yə penaltilər seriyasında məğlub oldu



"Qarabağ"ımız bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə qarşılaşıb. Cənubi Kiprin "AEK Arena" stadionunda baş tutan matça komandamız sürətli başlayıb. İlk dəqiqələrdən oyuna sürətli başlayan komandamız ilk hissədə üstün oynasa da hesab açılmayıb. İkinci hissədə komandamız Mahir Emreli və Abdullah Zubirlə bir neçə dəfə hesabı açmağa yaxın olsa da, sonda dəqiq oynamayıblar. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Oyunun ikinci əlavə hissəsində isə qolkiperimiz Şahruddin Məhəmmədəliyev qapısına təyin olunmuş penalti zərbəsini dəf edərək rəqibin fərqlənməsinə mane olub. Əlavə vaxtda da qapılara ql vurulmayıb və qarşılaşma penaltilər seriyasına uzanıb. Penaltilər seriyasında isə rəqib daha dəqiq olub və 6:5 hesabı ilə qalib gəlib.

"Qarabağ"ımız mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)
Hakimlər:
 Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"

 

 

Paylaş