"Qarabağ"ımız mövsümün ikinci yarısının hazırlıqlarına başladı

"Qarabağ"ımız mövsümün ikinci yarısının hazırlıqlarına başladı
"Qarabağ"ımızda istirahət başa çatıb. Komandamız bu gün klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verib.İlin ilk məşqi saat 16:30-da start götürüb və təxminən 90 dəqiqə davam edib. Futbolçularımız bu məşqdə fiziki çalışmalara üstünlük verib.
Komandamız sabah iki məşqlə hazırlıqlarını davam etdirəcək.
Qeyd edək ki, Premyer Liqanın lideri yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında “Qarabağ” 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.
Yanvarın 26-sı isə “Qarabağ” Bakıya dönərək fevralın 2-si “Səbail"lə keçiriləcək matçın hazırlıqlarını burada davam etdirəcək.