"Qarabağ"ımız mövsümün son oyununa çıxır

21 May 2018
"Qarabağ"ımız mövsümün son oyununa çıxır
Bu gün Azərbaycan Premyer Liqasının 2017/18-ci illər mövsümünə yekun vurulacaq. Mövsümün son oyununda "Qarabağ"ımız "Azərsun Arena"da "Qəbələ"ylə qarşılaşacaq. Matç saat 19:00-da start götürəcək. Qarşılaşmadan sonra ölkə çempionatının mükafatlandırılma mərasimi keçiriləcək. "Qarabağ"ımıza qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.
21 may (bazar ertəsi)
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
“Azersun Arena”