"Qarabağ"ımız - "Neftçi" 1:1
26 Avq 2018
"Qarabağ"ımız - "Neftçi" 1:1
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının III turun oyununa çıxıb. Komandamız "Azərsun Arena"da "Neftçi"ni qəbul edib. Matçın 28-ci dəqiqəsində rəqib hesab açıb, məhz bu qoldan sonra oyunda nəzarəti alan komandamız bir neçə qol epizodları yaradıb. Yalnız matçın 70-ci dəqiqəsində komandamız hesabı bərabərləşdirib. İnnosent Emeqara qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Matç bu hesabla da başa çatıb.
