"Qarabağ"ımız - "Neftçi" 1:1
3.jpg)
"Qarabağ"ımız - "Neftçi" 1:1
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edib. Qarşılaşmaya sürətli başlayan komandamız matçın 5-ci dəqiqəsində hesabı açıb. Qara Qarayevin möhtəşəm ara ötürməsindən sonra Dani Kintana ustalıqla topu qapıya göndərib. Matçın 30-cu dəqiqəsində rəqib künc zərbəsindən sonra hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə komandamız bir neçə dəfə hesabı dəyişməyə yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Matç 1:1 hesabıyla da başa çatıb.
18:30. “Qarabağ” – “Neftçi” - 1:1
Qol: Dani Kintana, 6 (1:0), Mamadu Mbodj, 30 (1:1)
Qırmızı vərəqələr: Anton Krivotsyuk, 70 ("Neftçi"), Qara Qarayev, 90+2 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu