"Qarabağ"ımız - "Neftçi" 1:2

single-news
20 Sen 2020

"Qarabağ"ımız - "Neftçi" 1:2



Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız "Neftçi"ni qəbul edib. "Azərsun Arena"da keçirilən qarşılaşmaya komandamız qolla başlayıb. Matçın 10-cu dəqiqəsində Ovusu Kvabena hesabı açıb. Bu qoldan iki dəqiqə sonra rəqib ünc zərbəsindən sonra hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb. Matçın 68-ci dəqiqəsində isə rəqib hesabı öz xeyrinə dəyişib. Qalan dəqiqələrdə oyunda nəzarəti alan komandamız bir neçə dəfə  fərqlənməyə yaxın olsa da bu fürsətlərdən istifadə edə bilməyib və qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

20:15. “Qarabağ” – “Neftçi” - 1:2 
Qol:
 Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”

Paylaş