"Qarabağ"ımız "Neftçi"ni 6 qolla məğlub etdi
![single-news](https://qarabagh.com/uploads/catalog/124174549_2880895585466862_169740407586308598_o.jpg)
8 Noy 2020
"Qarabağ"ımız "Neftçi"ni 6 qolla məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında IX turun oyunları keçirilir. "Qarabağ"ımız bu turda səfərdə "Neftçi"nin qonağı olub. Komandamız bu matçda rəqibini 6:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Filip Ozobi het-triklə yadda qalıb, Mahir Emreli, Abdullah Zubir və Musa Qurbanlı isə hərəyə bir qola imza atıb. Komandamız bu qələbədən sonra xallarının sayını 15-ə çatdırıb və turnir cədvəlinin lideridir.
15:00. "Neftçi" - "Qarabağ" - 0:6
Qollar: Filip Ozobiç, 20 (0:1), 29, pen. (0:2), Mahir Emreli, 39 (0:3), Abdullah Zubir, 50 (0:4), Filip Ozobiç, 52 (0:5), Musa Qurbanlı, 75 (0:6)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
“Bakcell Arena”