"Qarabağ"ımız "Neftçi"ni məğlub etdi

single-news
15 Sen 2019

"Qarabağ"ımız "Neftçi"ni məğlub etdi



Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulub. "Qarabağ"ımız bu turda Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız matçın 31-ci dəqiqəsində hesabı açıb. Zubirin zərbəsini qapıçı dəf etsə də, dönən topu Mahir qapıya göndərib. Hücumlarının sayını artıran komandamız matçın 69-cu dəqiqəsində hesabı 2:0 edib. Xaymenin ötürməsini Zubir dəqiq tamamlayıb.

 

20:30. “Qarabağ” – “Neftçi” - 2:0 
Qol:
 Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş