`Qarabağ`ımız `Neftçi`ylə oyuna hazırdır
2 Apr 2011
`Qarabağ`ımız `Neftçi`ylə oyuna hazırdır
`Qarabağ`ımız artıq `Neftçi`ylə oyun hazırdır. Sabah premyerliqanın finl mərhələsinin 3-cü turunda bakılıların qonağı olacaq komandamız son məşqini edərək oyun saatını gözləyir. Oyunöncəsi Suraxanı qəsəbə stadionunda 1 saatlıq çalışma yerinə yetirən komandamız yenidən məskunlaşdığı otelə qayıdıb. Artıq komandamız 2 gündür `kampa girərək` liderlə oyuna hazırlaşır.
Komandamızda Aftandil Hacıyev, Samir Abasov və Maksim Medvedev müəyyən qədər zədədən əziyyət çəkir. Onların meydana çıxması sual altındadır.
Xatırladaq ki, `Neftçi` - `Qarabağ` oyunu Aprelin 3-ündə Tofiq Bəhramov adına respublika stadionunda saat 16:00-da keçiriləcək.