"Qarabağ"ımız ölkə çempionatında mövsümə qələbəylə başladı

single-news
18 Avq 2018

"Qarabağ"ımız ölkə çempionatında mövsümə qələbəylə başladı



Bu gün Azərbaycan Premyer Liqasında II turun matçlarına start verilib. İlk turda matçı təxirə salınan "Qarabağ"ımız yeni mövsümdə ölkə çempionatında ilk oyununa çıxıb. Komandamız səfərdə "Səbail"in qonağı olub. Matça sürətli başlayan komandamız matçın 25-ci dəqiqəsində hesabı açıb. Mahir Mədətovun zərbəsi rəqib qapıçı üçün qarşısıalınmaz olub. Oyunun qalan dəqiqələrində də komandamız bir neçə real qol epizodları yaratsa da, ikinci qolu 86-cı dəqiqədə vura bilib. Mahir Mədətov qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq həm özünün, həm də "Qarabağ"ımızın ikinci qolunu vurub və matç bu hesabla da başa çatıb.

18:30. "Səbail” – "Qarabağ” - 0:2 
Qollar: 
Mahir Mədətov, 27, 86

 

 

Paylaş