"Qarabağ"ımız "Partizani"ylə oyunun hazırlıqlarına start verdi

6 İyl 2019
"Qarabağ"ımız "Partizani"ylə oyunun hazırlıqlarına start verdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız iki günlük istirahətin ardından "Partizani"ylə oyunun hazırlıqlarına start verib. Komandamız günü iki məşqlə başa vurub. İlk məşq yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb və saat yarım davam edib. Futbolçular bu məşqdə fiziki təmrinlər və toplu hərəkətlər üzərində çalışıb. İkinci məşq isə yerli vaxtla 18:00-da start götürüb. İlk məşqdən fərqli olaraq, bu məşqdə komandamız isinmə hərəkətlərin ardından ikitərəfli oyun keçirib.
Qeyd edək ki, zədəli futbolçularımız: Qara Qarayev və Rəşad Sadıqov zədələrini sağaldaraq komandaya qoşulub, yeni transferimiz Ailton Silva da komandayla ilk məşqinə çıxıb.