"Qarabağ"ımız Premyer Liqada ilin son oyununu keçirdi

single-news
6 Dek 2019

"Qarabağ"ımız Premyer Liqada ilin son oyununu keçirdi



Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib. İin son turunun ilk oyun günündə "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Keşlə"ni qəbul edib. Oyunun 4-cü dəqiqəsində komandamız hesabı açıb. Kintana dəqiq zərbəylə topu qapıdan keçirib. İlk hissənin sonuna yaxın rəqib hesabı bərabərləşdirsə də, hissənin son dəqiqəsində Mahir Emreli baş zərbəsiylə yenidən komandamızı hesabda önə çıxarıb. İkinci hissənin əvvəlində isə rəqib yenidən hesabı bərabərləşdirib. Matçın qalan dəqiqələrində komandamız üçüncü qolu vurmağa yaxın olsa da, bu şanslardan istifadə edə bilməyib və qarşılaşma 2:2 hesabıyla başa çatıb.


6 dekabr (cümə)

19:00.“Qarabağ” – “Keşlə” - 2:2
Qollar: 
Dani Kintana, 4 (1:0), Hacıağa Hacılı, 40 (öz qapısına), (1:1), Mahir Emreli, 45 (2:1), Tural Bayramlı, 47 (2:2)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş