"Qarabağ"ımız Premyer Liqada yeni mövsümə qələbə ilə başladı

16 Avq 2019
"Qarabağ"ımız Premyer Liqada yeni mövsümə qələbə ilə başladı
Bu gün Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü start götürüb.
Mövsümün açılış matçı "Dalğa Arena"da olub. "Qarabağ"ımız səfərdə "Keşlə"nin qonağı olub. Komandamız 1:0 hesabıyla qalib gəlib, yeganə qolumuzun müəllifi isə İsmayıl İbrahimli olub.
16 avqust (cümə)
Azərbaycan Premyer Liqası, I tur
19:00. “Keşlə” – “Qarabağ” - 0:1
Qol: İsmayıl İbrahimli, 78
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena”