"Qarabağ"ımız - "Qəbələ" 3:0

single-news
25 Avq 2019

"Qarabağ"ımız - "Qəbələ" 3:0



Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilir. Bu turda "Qarabağ"ımız "Azərsun Arena"da "Qəbələ"ni qəbul edib. Komandamız ilk hissədə bir neçədəfə hesabı açmağa yaxın olsa da, bu şanslardan istifadə edə bilməyib. İkinci hissəyə sürətli başlayan komandamız matçın 61-ci dəqiqəsində hesabı açıb. Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan iki dəqiqə sonra komandamız hesabı 2:0 edib. Xayme Romeronun cinahdan ötürməsini Qeye dəqiq tamamlayıb. Matçın 79-cu dəqiqəsində isə Abdullah Zubir möhtəşəm zərbəylə hesabı 3:0 edib. 

Matçın qalan dəqiqələrdə qol olmayıb və komandamız mövsümün ilk ev matçında 3:0 hesablı qələbə qazanıb.

 

21:00. “Qarabağ” – “Qəbələ” - 3:0
Qollar:
 Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
“Azersun Arena”
 

Paylaş